Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 16:54

Jurnalistə həbs təhlükəsi


Elçin Həsənov

Jurnalist Elçin Həsənovu həbs təhlükəsi gözləyir. Buna səbəb prokurorun jurnalistin adı keçən işlə bağlı Ali Məhkəməyə kassasiya protesti verməsidir.

Cinayət işinə 2015-ci ilin fevralında E.Həsənovla “Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərov arasındakı insident səbəb olub. İyunun 1-də Nizami Rayon Məhkəməsi onun 1 il icbarı işə cəlb edilməsi barədə qərar çıxarıb.

Buna da bax:​ Jurnalist barəsində hökm dəyişdirilmədi

Prokuror bu hökmdən etiraz verərək ittihamın daha ağır maddəyə - CM-in 221.3-ci maddəsinə (odlu silah tətbiq etməklə xuliqanlıq) tövsif edilməsini və cəzanın 3,5 il müddətinə azadlıqdan məhrumetməyədək sərtləşdirilməsini tələb edib. Lakin Apelyasiya Məhkəməsi cəzanı sərtləşdirməyərək birinci instansiya məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Lakin prokurorluq bu qərardan da kassasiya protesti verib.

Buna da bax:​ '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

“Bu gün (dekabrın 6-sı) mən Ali Məhkəmədən məktub aldım ki, prokuror Rizvan Şamməmmədov noyabrın 24-də Apelyasiya Məhkəməsinin qərarından kassasiya protesti verib və cəzanın sərtləşdirilməsini tələb edir. İşə yanvarın 17-də Ali Məhkəmədə İmran Hacıqayıbovun sədrliyilə baxılacaq”, - jurnalist bildirib.

Eyni zamanda jurnalist Sumqayıt Şəhər Məhkəməsinin məhkəmə qərarlarının icrası şöbəsindən xəbərdarlıq alıb ki, icbari işləri yerinə yetirmədiyinə görə onu 5 aydan 1 ilədək həbs cəzası gözləyir.

Buna da bax: Jurnalisti azadlığa buraxmaqdan qorxanlar...

E.Həsənov deyib ki, gəlirinin 20 faizini məhkəmə qərarlarının icrası şöbəsinin hesabına köçürməsindən ötrü ödənişli işi yoxdur.

Deməsinə görə, ona məşğulluq idarəsində aylıq 125 manat əməkhaqqı ilə süpürgəçi işi təklif ediblər.

Jurnalist bildirib ki, hökmün yerinə yetirilməməsindən ötrü istənilən cəzanı çəkməyə hazırdır. “Ancaq görünür, məni daha ağır cəzalandırmaq istəyirlər və bu səbəbdən də kassasiya protesti verilib”.

Multimedia

XS
SM
MD
LG