Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:53

'Bir günəş altında' toplaşanlar


Film
Film

Azərbaycanda yaşayan etnik qruplar haqqında sənədli film təqdim olunub.

Dekabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi «Bir günəş altında» sənədli filminin təqdimatı olub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbirdə layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva iştirak edib.

«Multikulturalizm ili» çərçivəsində ərsəyə gələn film Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib azsaylı xalq və etnik qrupların həyatından bəhs edir.

Filmin tamaşaçıya ötürdüyü əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamının bərabər yaşamasıdır.

Filmin hazırlıq prosesində 15 nəfərlik çəkiliş qrupu bir ilə yaxın Azərbaycanın müxtəlif bölgələrində olub, 54 kənd və qəsəbəyə səfər edib. Bu səfərlər zamanı 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Seçim zamanı təmsil etdiyi xalqın kimliyini öz nitqi, antropoloji cizgiləri, gündəlik fəaliyyəti ilə daha dəqiq təqdim edən şəxsə üstünlük verilib.

Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərə, bu təbiətin qoynunda yaşayan və müxtəlif etnik qrupa aid olan 2625 şəxsin fotosu çəkilib.
Azərbaycan təbiətinin rəngarəngliyini göstərmək üçün çəkilişlər ilin bütün fəsillərində aparılıb.

«Bir günəş altında» layihəsi bu ilin iyulunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərində fransız dilində göstərilib.

Sənədli filmin digər dillərə tərcüməsi və müxtəlif ölkələrdə nümayişi nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG