Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:38

Sosial media nəhəngləri terrora qarşı birləşirlər


Sosial media

Sosial media nəhəngləri YouTube, Facebook, Twitter və Microsoft terrorçuların internetdə təbliğatının qarşısını almaqdan ötrü birgə fəaliyyət göstərəcəklər.

Bu şirkətlərin dekabrın 5-də yaydığı məlumatda deyilir ki, sosial media xidmətləri ekstremistlərlə mübarizə məqsədilə birgə məlumat bazası yaradacaqlar.

Ümumi baza gələn ildən fəaliyyətə başlayacaq. Arzusu olan digər şirkətlərin də bazaya qoşulmasına şərait yaradılacaq.

Son vaxtlar sosial media terrorçu qruplardan ötrü əlverişli alətə çevrilib, onlar öz çağırışlarını yaymaq, tərəfdarlarını toplamaq üçün sosial şəbəkələrdən geninə-boluna istifadə edirlər.

Qərb ölkələri şirkətlərə terrorçuların qarşısını almaqdan ötrü çoxdan təzyiq göstərirdi.

YouTube və Facebook ekstremist postları avtomatik olaraq pozmağa başlayıb. Twitter isə bu ilin fevralından avqustunadək 235 min hesabı dondurub və ekstremist postlara nəzarət komandasını böyüdüb.

Bəzi başqa provayderlər isə postların pozulması üçün hələ də xüsusi rəy gözləyirlər.

XS
SM
MD
LG