Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 20:46

Prokuror Şeyxin işçisinə 12 il həbs istədi


Elşən Mustafaoğlu

Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafayevin (Mustafaoğlu) Bakı Ağır Cinayətlər Məhkəməsində aylardır davam edən mühakiməsi yekunlaşır. Dekabrın 6-da qapalı məhkəmə iclasında prokuror ilahiyyatçıya 12 il həbs cəzası istəyib.

Elşən Mustafaoğlunun vəkili Əfqan Məmmədov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Müdafiəçiyə dekabrın 13-nə qədər vaxt verilib.

2014-cü il dekabrın 16-da həbs olunan E.Mustafaoğlu CM-nin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. O, məhkəmənin hazırlıq iclasında ittihamın əsassız olduğunu bildirib. Deyib ki, MTN əməkdaşları onu həbs edib, ondan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, general Rövşən Əkbərovun əleyhinə ifadə almağa cəhd göstəriblər. Tələb olunan ifadəni verməyə razılaşmadığına görə ona qarşı heç bir əsası olmayan ittiham irəli sürüblər.

Bundan sonra işin içində dövlət sirri hesab edilən məlumatların olduğunu əsas gətirib, məhkəmənin qapalı keçirilməsinə qərar verilmişdi.

İlahiyyatçının vəkili Əfqan Məmmədov AzadlıqRadiosuna bildirib ki, qapalı iclaslarda dindirilən şahidlərin heç biri Elşən Mustafaoğlunun əleyhinə ifadə verməyib: «Bu məhkəmə prosesi ittihamın qurama olduğunu bir daha sübut etdi».

E.Mustafaoğlu 2001-ci ildə «Mənəvi Saflığa Dəvət» İctimai Birliyini təsis edib. 2005-ci ildən «Yeni Şərq» Elmi Araşdırmalar Mərkəzinin direktoru, ANS-də, İctimai Televiziyada veriliş aparıcısı, Azərbaycan-Amerika Media Akademiyasının direktoru olub.

O, Norveçdə elmi layihə üzrə çalışıb, 2014-cü ilin əvvəlində ölkəyə qayıdıb. Həbsindən bir neçə ay öncə isə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa başlayıb.

XS
SM
MD
LG