Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:14

Avstriyanın 'Trump'ı seçkini uduzur


-

Avstriya yeni prezidentini seçir. Yaşılların dəstəklədiyi namizəd Alexander Van Der Bellen seçkiyə liderlik edir.

Seçkidə əsas namizədlər ifrat sağçı, 45 yaşlı Norbert Hofer və müstəqil ekoloq, 72 yaşlı Alexander Van Der Bellen-dir.

​Avstriyada prezident seçkilərinin apreldə keçirilən birinci mərhələsində Hofer qalib gəmişdi. Sağçı partiyanın namizədi son onilliklərdə Avstriya siyasətində aparıcı rol oynayan iki mərkəzçi partiyanın namizədini ilk dəfə idi ki, arxada qoyurdu.

Mayın 22-də ən çox səs toplayan iki namizəd arasında seçkinin ikinci mərhələsini isə Van der Bellen uddu. Onun üstünlüyü cəmi 31 min səsdən ibarət idi. Ancaq Hoferin Azadlıq Partiyası seçkidə prosedur pozuntularına görəşikayət verdi və yeni seçkiyə nail oldu.

Norbert Hofer Türkiyənin Avropa Bilriyində üzvlüyünün qəti əleyhinədir, hesab edir ki, İslama Avstriyada yer yoxdur.

Bu sərt mövqeyinə görə ona Avstriyanın Trump-ı da deyənlər var.

Ölkənin bəzi siyasi təhlilçiləri hesab edirlər ki, Avstriyada prezident postu rəmzi məna daşısa da, Hoferin seçkidə belə uğurlu iştirakı əslində daha böyük planın tərkib hissəsi olar bilər. Onların fikrincə, Hoferin təmsil olunduğu Azadlıq Partiyası aparıcı rol oynadığı hökumətə nail ola bilər.

XS
SM
MD
LG