Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 01:41

Özbəkistan yeni prezidentini seçir (YENİLƏNİB)


Özbəkistan yeni prezidentini seçir
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Özbəkistan yeni prezidentini seçir

Özbəkistanda səsvermə yerli vaxtla 8-də başa çatıb. Özbəkistanın Mərkəzi Seçki Komissiyasının sədri səsvermə sonrası keçirilən brifinqdə bildirib ki, seçicilərin 89 faizi səsvermədə iştirak edib.

Seçkinin ilkin nəticələri Daşkənd vaxtı ilə dekabrın 5-də axşam 4-də açıqlanacaq.

Avropa ölkələrində və Amerikadakı Özbəkistan səfirliklərindəsə səsvermə hələ davam edir.

Ölkədə 9393, ölkə xaricində isə 44 seçki məntəqəsi var.

Seçicilərin ümumi sayı isə 20 milyon 429 min nəfərdir.

***

Dekabrın 4-də Özbəkistanda keçirilən növbəti prezident seçkisi səsvermənin başa çatmasına saatlar qalsa da, baş tutmuş sayılır. Bunu ölkənin Mərkəzi Seçki Komissiyası bildirir. Komissiya sədri Mirza Uluqbek Abdulsalomovun sözlərinə görə, seçicilərin 33 faizi artıq səs verib. Yerli qanunvericiliyə görə, seçicilərin 33 faizi səsvermədə iştirak edərsə, seçki baş tutmuş sayılır.

Səsvermə yerli vaxtla axşam saat 8-də başa çatacaq.

Islam Karimovun dəfn mərasimi
Islam Karimovun dəfn mərasimi

Ölkənin birinci prezidenti, 27 il hakimiyyətdə olmuş İslam Kərimov vəfat edəndən sonra Özbəkistanda növbədənkənar prezident seçkisi elan olunub. Onun sentyabrın 2-də beyinə qan sızmasından vəfat etdiyi bildirilir.

Prezidentliyə əsas iddiaçı baş nazir Şövkət Mirzəyevdir.

Shavkat Mirziyaev
Shavkat Mirziyaev

Şövkət Mirzəyev hazırkı daxili və xarici siyasəti qoruyacağını vəd edib.

Prezident seçkilərində daha üç namizəd - Xalq Demokratiyası Partiyasından Khatamjon Ketmanov, Milli Dirçəliş partiyasından Sarvar Otamuratov, Ədalət və Soaial Demokrat partiyasından Nariman Umarov da mübarizə aparır.

APA xəbər verir ki, Azərbaycan deputatları Eldar İbrahimov, Siyavuş Novruzov, Elman Nəsirov və Ağalar Vəliyev Özbəkistanda keçiriləcək prezident seçkilərini izləmək üçün Daşkəntə gediblər. Parlamentin nümayəndə heyəti beynəlxalq müşahidəçilər qismində seçki prosesinə qatılıblar. Onlar ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyət ilə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcəklər.

Özbəkistan insan haqlarının pozulması, siyasi azadlıqların boğulması, söz və ifadə azadlığını məhdudlaşdırmasına görə dəfələrlə beynəlxalq hüquq müdafiəçilərinin tənqid hədəfi olub.

Özbəkistanda prezident seçkiləridir
Özbəkistanda prezident seçkiləridir

Özbəkistanda prezident seçkiləridir
Özbəkistanda prezident seçkiləridir

Shavkat Mirziyaev və ailəsi prezident seçkilərində iştirak edir
Shavkat Mirziyaev və ailəsi prezident seçkilərində iştirak edir

XS
SM
MD
LG