Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 22:53

Müsavat fəalının polisə aparıldığı deyilir


Raymonda Əliyeva

Müsavat Partiyası üzvü Raymonda Əliyevanın polisə aparıldığı bildirilir.

Bu haqda partiyanın mətbuat xidməti xəbər yayıb.

Xəbərdə bildirilir ki, dekabrın 2-də R.Əliyeva Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə, oradan isə Xətai Rayon Polis İdarəsinə aparılıb.

Bir neçə saat saxlanıldıqdan sonra müsavatçı xanımın polislə birlikdə evinə aparıldığı və ona məxsus noutbukun götürüldüyü deyilir.

R.Əliyevanın sonra yenidən polis idarəsinə aparıldığı açıqlanıb.

Xəbərdə qeyd edilir ki, polis idarəsindən müsavatçının yaxınlarına saxlanmasının səbəbləri ilə bağlı heç bir bilgi verilməyib.

Müsavat Partiyası bəyanatla çıxış edərək, partiyanın fəal üzvünün saxlanmasını pisləyib.

Partiya bəyanatında vurğulayır ki, baş verənlər insan hüquqlarının pozulması və hakimiyyətin müxalifətə təzyiq kampaniyasının davamıdır.

Xətai Rayon Polis İdarəsindən, hələlik, R.Əliyevanın saxlanmasının səbəbləri ilə bağlı bilgi almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG