Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 15:05

Sarkisian ABŞ-ın gələcək vitse-prezidenti ilə danışıb


Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisianla ABŞ-ın vitse- prezidenti seçilmiş Mayk Pens ( Mike Pence) arasında telefon söhbəti olub.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, telefon söhbəti ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər yeni ABŞ administrasiyası dövründə istər siyasi, istərsə də iqtisadi sahələrdə mövcud olan ikitərəfli münasibətlərə yeni təkan veriləcəyini qeyd ediblər.

Məlumata görə, söhbət zamanı regional problemlər də daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG