Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 17:03

Allahşükür Paşazadə İrana gedir


Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti dekabrın 2-də İrana səfər edəcək.

APA-nın xəbərinə görə, nümayəndə heyətinə Ali Dini Şuranın üzvləri olan Rusiya Federasiyasının Şimali Qafqaz subyektlərinin müftiləri də daxildir.

Nümayəndə heyətinin İranın Ali rəhbəri Sayyed Ali Hosseini Khamenei ilə görüşü nəzərdə tutulur.

Xatırladaq ki, dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının iştirakı ilə beynəlxalq dini konfrans keçirilib. Şura 1992-ci ildə yaradılıb və təsis konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun sədri seçilib. Qurumun tərkibinə Azərbaycan və Şimali Qafqaz din xadimləri daxildir.

XS
SM
MD
LG