Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 20:31

WP: Trump yeni müdafiə naziri seçib


James Mattis

Washington Post qəzetinin əldı etdiyi məlumata görə, yeni seçilmiş ABŞ prezidenti Donald Trump müdafiə naziri vəzifəsinə hərbi dəniz piyadaları korpusunun istefada olan generalı James Mattisi seçib.

Trump Mattisi "həqiqi generaların generalı" adlandırır.

Donald Trump (solda) James Mattis (ortada) və Vitse-Prezident seçilən Mike Pence
Donald Trump (solda) James Mattis (ortada) və Vitse-Prezident seçilən Mike Pence

​Ancaq Mattisin müdafiə naziri ola bilməsi üçün Konqres yeni qanun qəbul etməlidir.

Mövcud qanunla Pentaqona rəhbər təyin olunan ya mülki şəxs olmalıdır ya da mülki işlərdə 7 il işləməlidir.

Mattis isə ordudan 2013-cü ildə tərxis olunub. Yəni o, indiki qanunla hələ 4 il gözləməlidir.

XS
SM
MD
LG