Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 04:58

İ.Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələri ilə görüşüb


ABŞ

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Michael Lally-nin başçılığı ilə nümayəndə heyətini qəbul edib.

Xəbəri president.az saytı yayıb.

Görüşün təfərrüatı barədə açıqlama verilmir.

Dekabrın 1-də Bakıda ADA Universitetində ABŞ-Azərbaycan ilk biznes forumu işinə başlayıb.

Forum çərçivəsində Azərbaycan Gömrük Komitəsi ilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) arasında ticarət güzəştlərinə dair memorandum imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG