Azərbaycanda tütün və tütün məmulatlarının reklamı, onların istehsalı, satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilir.
APA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin noyabrın 29-da keçirilən iclasında «Tütün və tütün məmulatı haqqında» Qanuna dəyişikliklər müzakirə olunub.
Xəbərdə qeyd edilir ki, qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütünün, tütün məmulatının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının və alışqanlarının reklamı qadağandır.
Qanuna belə bir məzmunda 20.3-cü maddə əlavə edilir: «Tütün və tütün məmulatının istehsalı, satışı ilə məşğul olan şəxslər «Reklam haqqında» Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər».
Layihə səsə qoyularaq qəbul edilib.