Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 08:43

Stalin casuslarının övladları Putin-ə müraciət ediblər


Novosibirskdə NKVD məktəbinin kursanrları - 30-cu illər.

Joseph Stalin-in gizli polis agentlərinin övladları Rusiya prezidenti Vladimir Putin-ə müraciət göndəriblər. Onlar agentlər haqda bilgilərdən ibarət məlumat bazasının bağlanmasını istəyirlər.

Yeni yaradılmış verilənlər bazasında Stalin-in 40 minə yaxın agenti haqda məlumat yerləşdirilib, onların barəsində detallı informasiya verilir. Bu agentlər repressiya dövründə Sovet İttifaqı ərazisində 1 milyona qədər adamın ölümünə görə məsuliyyət daşıyır.

Agentlərin övladlarının V.Putin-ə göndərdiyi açıq məktubda deyilir ki, onlar bu bilgilərin agentlərin uşaqlarının və nəvə-nəticələrinin həyatına neqativ təsir göstərəcəyindən, günahsız adamların intiqam almaq istəyənlərin hədəfinə çevriləcəyindən narahatdırlar.

«Memorial» insan haqları fondu casuslar haqda məlumat bazasının yaradılmasına 15 il sərf edib.

XS
SM
MD
LG