Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:47

CAR naziri Azərbaycanda


Maite Nkoana-Mashabane

Cənubi Afrika Respublikasının (CAR) beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Mashabane noyabrın 28-dən 29-na kimi Azərbaycanda səfərdə olacaq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, səfər çərçivəsində xanım Maite Nkoana-Mashabane-nin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilməlidir.

Noyabrın 29-u gerçəkləşən görüşdən sonra tərəflər jurnalistlərin suallarını cavablandırmalıdırlar.

XS
SM
MD
LG