Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 16:11

Səslərin yenidən sayılmasının Trumpa təhlükəsi


Trump

Donald Trump deyib ki, Hillary Clintonun 3 ştatda səslərin yenidən sayılması cəhdlərinə qoşulması onu məyus edir.

Trump bunu noyabrın 27-də Twitterdə yazıb. Bir gün əvvəl isə Hillary Clintonun seçki kampaniyası Viskonsin ştatında səslərin yenidən sayılmasında iştirak edəcəyini bildirdi.

Viskonsin ştatının seçki şurası noyabarın 25-də Yaşıllar partiyasının prezidentliyə namizədi olmuş Jill Steinin səslərin yenidən sayılması müraciətini qəbul etdi. Stein bildirir ki, Viskonsində “statistik anomaliya” var.

Noyabrın 8-dəki prezident seçkilərində Clinton Trumpdan demək olar ki, 2 milyon səs çox toplayıb. Ancaq prezidenti Seçki Kollegiyası seçir. Seçki Kollegiyasında Trumpın 290 seçici səsi var, Clintonun 232.

Bura Miçiqan ştataında seçkinin nəticəsi daxil deyil.

Miçiqan seçkinin nəticəsini noyabrın 28-də elan edəcək.

Əgər Clinton Miçiqan da udsa,Viskonsin və Pensilvaniyada isə səslərin yenidən sayılmasında qalib gəlsə, onda Seçici Kollegiyasında üstünlük Clintona keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG