Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Sərnişindaşımaya ayrılan milyonlar


Avtovağzal

Gələn il ölkənin üç böyük şəhərində avtomobil ilə sərnişindaşıma sektoruna ümumilikdə 49 milyon manata yaxın vəsait ayrılacaq.

Bu barədə budget.az 2017-ci lilin dövlət büdcəsi layihəsinə istinadən məlumat verir.

Layihəyə görə, 2017-ci ildə Bakı, Gəncə və Sumqayıt şəhərlərində sərnişindaşıma sektorunun fəaliyyətinin təkmilləşdirilməsinə ümumilikdə 48 milyon 833 min manat vəsait ayrılıb. Bu vəsaitin 2.3 milyon manatı qurumların saxlanmasına, 46.5 milyon manatı isə nəqliyyat sahəsində fəaliyyətlərin təşkilinə yönəldilməlidir.

Bakı Nəqliyyat Agentliyinin saxlanmasına 2.1 milyon manat, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə 122.7 min manat, Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə 117.7 min manat ayrılması nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi 2016-cı ildə prezidentin fərmanı ilə yaradılıb.

Multimedia

Recommended

XS
SM
MD
LG