Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 01:51

Jurnalistlərə 'Şeyxülislam mükafatı'


Şeyxülislam Hacı Allahşükür Paşazadə

Şeyxülislam Hacı Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə media nümayəndələrinə müraciət edib.

APA-nın xəbərinə görə, A.Paşazadə noyabrın 25-i «Milli mənəvi dəyərlər və kütləvi informasiya vasitələri» mövzusunda

seminarın açılışında bildirib ki, fəaliyyətində jurnalistlərə çox arxalanır və onlardan təkliflər gözləyir.

A.Paşazadə qeyd edib ki, jurnalistlərin təkliflərinə, fikirlərinə böyük ehtiyacı var: «Mən artıq düşünmüşəm və hazırlanması üçün tapşırıq vermişəm ki, jurnalistlər üçün «Şeyxülislam mükafatı» təsis olunsun. Bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək».

Seminarın 2 həftə davam edəcək.

XS
SM
MD
LG