Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:31

«Azərbaycan prezidenti ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət ayırır».

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov noyabrın 25-i Bakıda keçirilən «Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu» biznes forumunda çıxışında bildirib.

«Son illər nəqliyyat infrastrukturuna 25 milyard dollar investisiya yatırılıb. Görülən işlər nəticəsində Gürcüstanla Azərbaycan arasında olan dəmiryol rekonstruksiya olunub», - deyə A.Şərifov vurğulayıb.

A.Şərifov İran-Azərbaycan arasında tikilən Astara-Rəşt və Bakı-Tbilisi-Qars dəmir yollarının tikintisindən də danışıb. O qeyd edib ki, həyata keçirilən layihələr nəticəsində Azərbaycan böyük bir haba-qovşağa çevrilib.

XS
SM
MD
LG