Rusiya prezidenti Vladimir Putin Rusiya Coğrafiya cəmiyyətinin Kremldə keçirilən mükafatlandırma mərasimində kiçik imtahan götürüb.
Onun şagirdi 9 yaşlı Miroslav Oskirko olub.
Miroslav mərasimdən sonra deyib ki, prezidentlə görüşəndə həyacanlanmayıb, çünki biliyinə əmindir, 2 yaşından coğrafiya ilə məşğuldur.
Putin mərasimdə ona, Rusiya sərhədinin harda qurtarması barədə sual verib.
Miroslav isə cavabında deyib ki, Rusiyanın sərhədi ABŞ-la Rusiya arasındakı Berinq böğazında bitir.
Putinsə gülə-gülə deyib ki, Rusiyanın sərhədi heç vaxt qurtarmır, amma qeyd edib ki, bu zarafatdır.