Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 18:37

Noyabrın 25-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir. Ancaq gecə yarımadanın bəzi yerlərində az yağıntı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da ciddi yağıntı gözlənilmir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı qeyd edilir. Gecə 0-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG