Türkmənistan prezidentinin oğlu Sərdar Berdımuxamedov çərşənbə axşamı deputat seçilib.
Bu barədə Türkmənistanın dövlət televiziyası məlumat verib.
Mərkəzi seçki komissiyasının (MSK) iclasından göstərilən kadrda, ötən bazar 3 dairədə keçmiş deputatların yerlərinə seçki keçirildiyi bildirilir.
Məlumatda 24 saylı “Duşak” dairəsindən prezidentin oğlu Sərdar Berdımuxamedovun seçildiyi bildirilir.
Qurbanqulu Berdımuxamedov ölkəni 2007-ci ildən idarə edir.