Mərkəzi Bank noyabrın 23-nə rəsmi məzənnəsini açıqladıqdan sonra dolların alış və satış qiymətinin bahalaşdığı bildirilir.
Fins.az və «Marja» saytları xəbər verir ki, noyabrın 23-də banklarda dollar 1.78 və ondan baha satılır.
Banklarda dolların alış qiyməti isə 1.76 civarında dəyişir.
Rəsmi məzənnəyə görə, noyabrın 23-ü 1 dollar 1.7146-ya bərabərdir.