Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 00:53

NATO Rusiyanın Kalininqrada əlavə qüvvə göndərməsini pisləyib, Moskvanı təcavüzkar mövqe tutmaqda günahlandırır.

Rusiya qərblə sərhədlərinə--Kalininqrad ərazisinə əlavə raketlər və havadan müdafiə sistemləri göndərir. NATO-nun bəyanatında deyilir ki, yeni silahların alyans sərhədlərinə yığılması gərginliyin azalmasına, yaxud münasibətlərin bərpasına yardım etmir.

Kreml isə hərbi genişlənmənin NATO-nun Rusiya sərhədləri yaxınlığında güclənməsinə cavab olduğunu bildirir. Kremlin sözçüsü Dmitry Peskov noyabrın 22-də NATO-nun özünün təcavüzkar blok olduğunu söyləyib, «Rusiya Federasiyasının bütün ərazisində zəruri tədbirlər görmək Rusiyanın suveren haqqıdır» deyib.

Rəsmi məlumata görə, Rusiya Kalininqrad ərazisinə S-400 raketdən müdafiə sistemi və nüvə qabiliyyətli «Iskander» raketləri göndərir. Rusiya parlamentinin yuxarı palatasında müdafiə komitəsinin sədri Viktor Ozerov deyib ki, Rusiya ABŞ-ın Avropadakı raket qalxanına cavab verməyə məcburdur.

ABŞ Dövlət Departamenti də Rusiyanın son addımını tənqid edib, onun Avropada təhlükəsizliyi pozduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG