Liviyada bir meymunun məktəbli qıza hücumu qan davasına səbəb olub, 20 nəfər ölüb, 50 yaralı var.
Hadisə Liviyanın cənubunda, Səbha şəhərində baş verib. Həkimlərin və başqa şahidlərin dediyinə görə, 3 gənc yanlarında gətirdikiləri meymunu yuxarı sinifdə oxuyan qızlardan birinin üstünə buraxıb. Meymun qızı döyüb, üst-başını cırmaqlayıb.
Qızın ailəsi qisas alıb, gənclərin üçünü də, meymunu da öldürüblər. Nəticədə tayfalar arasına qan davası düşüb. Davada ağır silahlardan, hətta tanklardan, top və raketlərdən istifadə olunub.
2011-ci ildən— Muammar Qaddafi devriləndən bəri Liviyada münaqişələr səngimir.