Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 16:22

İsti suyun qiymətinə hökumət baxmayacaq


Foto arxiv

Nazirlər Kabinetinin «Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı»nda dəyişiklik etdiyi bildirilir.

APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, isti su qiymətləri dövlətin tənzimlədiyi malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb.

Xəbərdə qeyd edilir ki, bu qərar 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ekspertlər bundan sonra isti suyun qiymətinin artırılacağını istisna etmirlər.

2011-ci ildə Tarif Şurasının qərarı ilə isti su qiyməti yenidən müəyyən edilmişdi. Onda əhali qrupu üzrə 1 kubmetrə görə 40 qəpik, qeyri-əhali qrupu üzrə 1 kubmetrə 1.5 manat təsdiq edilmişdi.

XS
SM
MD
LG