Netflix kanalı öz YouTube səhifəsində yeni film "Barry"nin treylerini yayıb. Film Amerikanın 44-cü prezidenti Barack Obama-nın həyatından bəhs edir. Film gənclikdə dostları arasında "Barry" adlandırılan Obamanın 1981-ci ildə, 20 yaşında Nyu-Yorka gəlib Columbiya Universitetində daxil olması ilə başlayır. Cinayətkar dəstələr və irqçilik təbliğ edənlərin yaşadığı cəmiyyətdə Obama özünü fərqli sosial sferalarda tapır. O bütün gücü ilə kanzaslı anası, keniyalı atası ilə, həmçinin tələbə yoldaşlarıyla ünsiyyətini qurmağa çalışır.
Buna da bax: B.Obama 2015-ci ildə bu romanı bəyənib
Filmin premyerası 2016-cı il dekabrın 16-da baş tutacaq. Filmdə baş rolları Jason Mitchell, Ashley Judd, Jenna Elfman, Ellar Coltrane, Avi Nash və Linus Roache oynayırlar. Filmin rejissoru Vikram Gandhi-dir.