Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:50

B.Obama 2015-ci ildə bu romanı bəyənib


Lauren Groff
Lauren Groff

-

ABŞ-da hər ilin sonunda ölkə prezidentindən həmin il ən çox bəyəndiyi kitabı, filmi, mahnını və s. soruşmaq ənənəsi var.

Bugünlərdə Barak Obama “People” jurnalına müsahibə verib, ondan 2015-ci ildə ən çox bəyəndiyi filmin, mahnının, kitabın və s. adlarını soruşublar.

Onun seçdiyi film Ridli Skottun “Marslı” filmi, seçdiyi mahnı Kendrik Lamaırn “Dollar neçəyədir?” (How Much a Dollar Cost) repi olub.

Kitaba gəlincə, ABŞ prezidenti Lauren Groff’un “Tale və qəzəb” (Fates and Furies) kitabının 2015-ci ildə oxuduğu ən yaxşı kitab olduğunu söyləyib.

Adətən prezidentlər seçdikləri kitabın məzmunuyla öz siyasətlərinə eyham vurur və ya siyasi həmkarlarına mesaj verirlər. B.Obamanın seçdiyi kitab isə siyasi deyil, orada xarici əlaqələrə aid heç bir mesaj yoxdur. Bu, bir evlilik hekayəsidir. Hər iki tərərfin mövqeyindən yazılmış evlilik hekayəsi.

Lauren Groff - 37 yaşlı bir yazıçıdır. Romanlarına görə ABŞ-da bir sıra mükafatlar qazanıb.

XS
SM
MD
LG