Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Almaniya höküməti Thomas Mannın Los-Angelesdəki evini sökülməyə qoymadı


Thomas Mannın Los-Angelesdəki evi
Thomas Mannın Los-Angelesdəki evi

Nobel mükafatı lauriyyatı Thomas Mannın Kaliforniyadakı villası sökülmək təhlükəsi altında idi. O burda mühaciərtdə yaşayarkən 10 ilini keçirmişdi. Ancaq axır ki, villa alıcısını tapıb.

Alman qəzeti Süddeutsch Zeitung xəbər verir ki, villanı Almaniya höküməti alıb və bu hökümətə 13,25 milyon dollara başa gəlib. Almaniya xarici işlər nazirliyi bu villada gənc və istedadlı alman yazarları üçün istirahət mərkəzi yaratmaq istəyir.

Buna da bax: Yazıçının körpü açılışında nə işi var? - Avstriya yazıçısı

Thomas Mannın villası Kaliforniyadakı Los-Angeles şəhərinin ən bahalı və dəbli yerindədir. Nobel mükafatı lauriyyatı alman yazar bu evdə 1942-ci ildən 1952-ci ilə qədər yaşayıb.O 1933-cü ildə Almaniyada nasistlərin hakimiyyətə gəlməsi ilə ölkəni tərk edib, 1938-ci ildən başlayaraq ABŞ-da yaşayıb. O burda alman mühaciər ziyalılarının liderlərindən birinə çevrilib. Nasistlər isə buna cavab kimi onu vətəndaşlıqdan çıxarıb.

Thomas Mannın villası palma ağacları arasında elə də nəzərə çarpmayan kiçik bir evdir, "Ancaq onu memarlıq üslubuna görə yox Thomas Mann orada yaşadığı üçün qormaq lazım idi". Bunu Almaniyada olan təqiblərə məruz qalan sənət mərkəzinin rəhbəri Jürgen Kaumkötter deyir. Məhz o ilk dəfə villanın Almaniya höküməti tərəfindən alınması gərəkdiyi fikrini ortaya atıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG