Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 22:54

Noyabrın 19-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir. Bəzi yerlərdə çiskinli yağış yağacağı qeyd edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 6-8, gündüz 9-11, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Noyabrın 19-u Azərbaycanın rayonlarında da duman, çiskin gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlara sulu qar, qar yağacağı ehtimal edilir. Gecə 3-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG