Noyabrın 18-i səhər saatlarında Ələt-Astara magistralının Liman şəhərinin ərazisində bağlandığı bildirilir.
APA-nın xəbərinə görə, bu, Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi üzündən baş verib.
Xəbərdə qeyd edilir ki, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində «Ford» markalı minik avtomobili ilə «ZİL» markalı benzindaşıyan maşın toqquşub.
Güclü zərbədən «ZİL» markalı maşın aşıb, benzin yola dağılıb.
Hazırda Ələt-Astara magistralı bağlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Yola dağılan yanacağın təmizlənməsindən ötrü tədbirlər görülür.