Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:17

Yeraltı dayanacaqlar satışa çıxarılır


Dayanacaq

Bakıda yeraltı dayanacaqların da özəlləşdirilməyə çıxarılacağı bildirilir.

«Marja»nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarı var.

Söhbət Azadlıq meydanındakı və Füzuli küçəsindəki («Qış bağı»nın altında yerləşən) yeraltı avtomobil dayanacaqlarından gedir. Nazirlər Kabinetinin qərarına görə, bu dayanacaqların idarəetməyə verilməsi nəzərdə tutulur.

Hazırda bu dayanacaqlar Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir.

Gəncə Avtomobil Zavodu və bir sıra iri dövlət xəstəxanalarının da özəlləşdirməyə çıxarılacağı bildirilirdi.

Azərbaycanda bu ildən növbəti özəlləşdirmə mərhələsinə start verilib. Azərbaycanda özəlləşdirmənin ilk mərhələsi 1995-ci ildə başlamışdı.

XS
SM
MD
LG