Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:36

Senat İrana sanksiyaları təzələyir


Konqres

Senat İrana qarşı sanksiyaların təzələnməsini nəzərdə tutan sənədə səs verəcək, prezident Obama-nın da layihəni təsdiqləyəcəyi gözlənir. Bunu Yuxarı Palatadakı respublikaçıların lideri Mitch McConnell deyib.

Dünən Nümayəndələr Palatası İrana sanksiyaların 10 illiyə uzadılmasına yekdilliklə səs verib. İranın nüvə proqramının qarşısını almaq məqsədi daşıyan sənəd 1996-cı ildə qəbul olunmuşdu, onun vaxtı bu ilin sonunda bitir.

ABŞ İranla razılaşmaya əsasən, bəzi sanksiyalarını yumşaltsa da, Konqres üzvləri əvvəlki sanksiyaların bərpasının prezidentin gündəliyində qalmasını, Tehran şərtlərə əməl etmədiyi halda bərpa olunmasını istəyirlər.

İranla razılaşma da sual altındadır, çünki prezident seçilmiş Donald Trump hakimiyyətə gələrsə, müqavilədən imtina edəcəklərini demişdi. Konqresdəki respublikaçılar da sənədin əleyhinə səs vermişdilər.

XS
SM
MD
LG