Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 09:32

Prezident sərəncam imzaladı


İlham Əliyev

Hökumət barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarükünə diqqəti artırır.

Prezident İlham Əliyev noyabrın 16-da ipəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamın məqsədi, bildirildiyinə görə, ipəkçiliyin və fındıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsi, məhsul istehsalına əhalinin marağının artırılmasıdır.

Sərəncamla barama toxumlarına 163 min, tut tinglərinə 600 min, fındıq pöhrələrinin alınmasına isə 700 min manat ödəniləcək. Bu, ölkə başçısının 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə ayırdığı vəsait hesabına təmin ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi tədarük olunan toxum, ting, fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanmasını təmin etməlidir.

Multimedia

XS
SM
MD
LG