Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:45

Azərbaycan təlim keçirir, Ermənistanla Rusiya qoşun yaradır... [video]


Qarabağ münaqişəsi yenidən alovlanır? Ekspertlər danışır
Gözlə

No media source currently available

0:00 0:15:11 0:00

Qarabağ münaqişəsi yenidən alovlanır? Ekspertlər danışır [video]

Azərbaycan 6 günlük genişmiqyaslı hərbi təlimlər keçirir. Hərbi təlimlərin davam etdiyi bir vaxtda - noyabrın 14-də Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə qoşun birləşməsi yaratmaqla bağlı sazişi təsdiqləyən sərəncam imzalayıb.

Ölkələr arasında nə baş verir?

İki gün öncə, noyabrın 12-də isə Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri zamanı apreldəki döyüşlərdə işğaldan azad edilən Lələtəpə ərazisində olub. Prezident öz çıxışında deyib ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır:

"Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək".

Buna da bax:​ Azərbaycan raket təlimləri keçirir

Bir müddət öncə Ermənistan ordusu Yerevandakı paradda “İskander” raketlərini nümayiş etdirdi.

"Qazanan Moskvadır..."

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian hesab edir ki, hazırki durumdan qazanan nə Ermənistan, nə də Azərbaycandır. Qazanan tərəf rəsmi Moskvadır. Çünki Ermənistan Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının regiondakı yeganə üzvüdür, Azərbaycan isə Rusiyadan çoxlu silah alır:

"Rusiyanın Ermənistanla hərbi birləşmə yaratmasında texniki baxımdan heç bir yenilik yoxdur. Aprel döyüşlərindən sonra Rusiya erməni tərəfini əmin etmək istəyir ki, Rusiya ona dəstəyini davam etdirir. Amma ortaq hərbi birləşmənin bir təhlükəsi var. Bundan sonra Rusiya Dağlıq Qarabağda öz sülhməramlılarını yerləşdirə bilər. Bu da Rusiyanın münaqişəyə daha çox müdaxilə etməsinə imkan yaradacaq".

Buna da bax:​ 'Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki biz onu məhv edə bilməyək'

Richard Grigosian hər iki tərəfin təcili danışıqlara getməsini zəruri sayır. Azərbaycan və Ermənistan tərəfi müharibə əhval-ruhiyyəli bəyanatlar verirlər.

"Azərbaycan heç aprel əməliyyatını da özü keçirmədi"

Hərbi ekspert Telman Əbilov hesab edir ki, bu cür bəyanatlar daxili auditoriyaya hesablanıb:

“Azərbaycan heç vaxt özbaşına hərbi əməliyyatlar keçirə bilməz. Heç aprel əməliyyatını da özü keçirmədi. Bu, Rusiyanın bir oyunu idi. Ermənistan da, Azərbaycan da bu oyuna cəlb olunub. Rusiyanın razılığı olmadan Azərbaycan heç bir əməliyyat keçirə bilməz”.

Buna da bax:​ 'İndiki halda yalnız bir çıxış yolu var...'

Devalvasiya ordu təminatına da ziyan vurub

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, aprel döyüşlərindən bəri Ermənistan Silahlı Qüvvələrində azı 50 nəfər yüksək rütbəli zabit vəzifəsindən azad edilib. Struktur islahatları aparılır. İnstitutun rəhbəri Cəsur Sümərənli də hər hansı irimiqyaslı hərbi əməliyyatların olacağını gözləmir. Onun sözlərinə görə, manatın dəyərdən düşməsi, neftin ucuzlaşması Azərbaycan silahlı qüvvələrinin təminatına da ziyan vurub:

"İki il öncə nəzərdə tutulan bahalı silah müqavilələrinin həcmi azaldılıb. Bununla bağlı ictimaiyyətə hər hansı məlumat verilmir. Bundan başqa hesab edirəm ki, Azərbaycan silahlı qüvvələrində ciddi-islahatlar aparılmalıdır. İndiki durumla, indiki rəhbərliklə torpaqların işğaldan azad olunması haqda verilən bəyanatlar çox da əsaslı görünmür".

Gələn ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Ekspertlər bildirirlər ki, müharibə əhval-ruhiyyəli bəyanatlara baxmayaraq, həm Ermənistan, həm də Azərbaycan tərəfi danışıqlardan qaça bilməyəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG