Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

Azərbaycan raket təlimləri keçirir


Sentyabrın 26-da Silahlı Qüvvələrin raket və artilleriya qoşunlarının birləşmələri döyüş atışlı təlimlər keçirib.

Təlim müdafiə naziri Zakir Həsənovun təsdiqlədiyi döyüş hazırlığı planına əsasən düzənlənib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Buna da bax: Azərbaycanda hərbi təlimlər başlayıb

Xəbərdə bildirilir ki, artilleriya təlimləri səhra şəraitində həyata keçirilib. Tədbir zamanı bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG