Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 04:19

Henry Kissinger: 'ABŞ-da inqilab baş verib'


Henry Kissinger, 2015
Henry Kissinger, 2015

Əfsanəvi və ziddiyyətli dövlət xadimi Henry Kissinger "The Atlantic" dərgisinə müsahibəsində Obama doktrinasını tənqid edir, növbəti prezidentin qarşısında duran çətinliklərdən söz açır və Çinlə müharibədən yan keçməyin yolunu izah edir.

Müsahibədən bəlli olur ki, hətta Henry Kissinger belə, ABŞ prezident seçkilərində demokratların namizədi Hillary Clinton-un qalib gələcəyini gözləyirmiş.

Buna da bax:​ Nobeldən kim, niyə imtina edib

“ONA İMKAN VERƏK”

Respublikaçılardan prezident seçilmiş Donald Trump-ın səriştəsi və ciddiliyi barədə suala Kissinger belə cavab verib: "Bu məsələnin müzakirəsini dayandırmalıyıq. O, artıq prezident seçilib. Biz ona öz fəlsəfəsini formalaşdırmağa imkan verməliyik".

H. Kissinger bildirib ki, əgər yeni prezident onunla görüşmək istəsə, prezidentin ziyarətinə gedəcək.

Kissinger-in fikrincə, seçkilərin nəticəsinə Çin və Rusiyanın reaksiyası, əllərindəki seçimləri araşdırmaqdan ibarət olacaq.

Keçmiş dövlət katibi hesab edir ki, Trump-ın ruspərəst ritorikasının səbəbi, sadəcə, Putin-in onun haqqında dediyi xoş sözlərə cavab vermək istəyidir.

Buna da bax: D.Trump 2-3 milyon miqrantı qovacağını deyir

“ARAŞDIRMA HƏRARƏTİ”

"Düşünürəm ki, dünyanın xarici siyasəti altı-doqquz ay ərzində bizim seçkilərin nəticələrini gözləmə mövqeyində olub. Onlar, sadəcə, bizdə baş verən daxili inqilabı izləyiblər. Onlar hələ bir müddət bunu araşdırmalı, öyrənməli olacaqlar. Ancaq bir məqamda, gedişat qərarlar tələb edəcək. Bu qaydaya yeganə istisna qeyri-dövlət qrupları (terrorçu qruplaşmalar nəzərdə tutulur - tərc.) ola bilər. Onlar bizi beynəlxalq mövqeyimizə xələl gətirə biləcək reaksiyaya təhrik etmək istəyə bilərlər. ...Qeyri-dövlət qrupları belə nəticəyə gələ bilərlər ki, Trump onların məqsədlərinə uyğun tərzdə reaksiya verəcək", – keçmiş dövlət katibi söyləyib.

Henry Kissinger İranın reaksiyasından da danışıb: "İran, çox güman ki, haqlı olaraq, nüvə sazişinin hazırda öncəkindən daha həssas durumda olduğunu düşünəcək. Ancaq o, hətta təzyiqlə üzləşsə belə, böyük qətiyyət göstərəcək. ...Heç kəs Trump-ın xarici siyasəti barədə çox şey bilmir. Ona görə də, hamı araşdırma dövrünü keçirəcək. Əslində, "araşdırma hərarəti" demək daha düzgün olar".

Buna da bax:​ Trump-ın qələbəsini proqnozlaşdıran alim, impiçmentini də proqnozlaşdırıb

Jurnalist Feffrey Goldbergin "Trump-a özünü dünyaya necə göstərməsini tövsiyə edərdiniz?" sualına Kissinger belə cavab verib: "Birincisi, bəlli problemləri nəzarətdə saxladığını nümayiş etdirsin. İkincisi, göstərsin ki, o, onların təkamülünün mahiyyətini əks etdirir. Prezident istiqamət göstərmək məsuliyyətindən qaça bilməz: Biz nəyə nail olmağa çalışırıq? Nəyi əngəlləməyə çalışırıq? Nə üçün? Bunu edə bilməkdən ötrü o, həm təhlil etməli, həm də düşünməlidir".

DÜNYA XAOS İÇİNDƏDİR”

"Fikrimcə, Obama özünü siyasi prosesin bir hissəsi kimi yox, özünəməxsus, unikal bacarığı olan unikal fenomen kimi görür. O hesab edir ki, onun işi Amerikanın laqeyd ünsürlərinin dünyanı qarışdırmasını əngəlləməkdir. O, daha çox yaxın perspektivli sonucların daimi maneələrə çevrilməsindən narahatdır", – deyə Kissinger Obama barədə fikirlərini bölüşür.

"Dünya xaos içindədir. Dünyanın bir çox yerində eyni zamanda fundamental çevrilişlər baş verir. Onların əksəriyyəti tamamilə fərqli prinsiplərə əsaslanır. Ona görə də, hazırda bir iki problemlə üz-üzəyik: birincisi, regional xaosu azaltmaq, ikincisi də, bütün sistemin idarə olunması üçün vacib olan, əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında rabitəli dünya düzəni qurmaq”, o, sözlərinə davam edib.

Buna da bax:​ Trump Suriyada Assad və Putinin “tərəfinə keçir”

Henry Kissinger-in sözlərinə görə, Yaxın Şərqin, demək olar, bütün oyunçuları, Çin, Rusiya, müəyyən mənada Avropa – hər biri mühüm strateji qərarlarla üz-üzədir.

"Onlar öz siyasətlərinin fundamental istiqamətlərini müəyyənləşdirməyə çalışırlar. Çin dünyadakı yerinin mahiyyətini, Rusiya iştirakçısı olduğu toqquşmaların məramını, Avropa silsilə seçkilərdən sonra mövcudluğunun məqsədini düşünür", – o deyir.

AMERİKANIN ƏBƏDİ MARAQLARI

"Amerikanın əbədi maraqları nədir" sualına dövlət xadimi belə cavab verib:

"Birincisi, özümüzə inamımız olmalıdır. Bu, mütləq tələbdir. Biz siyasəti sırf taktiki qərarlar, yaxud özünüittiham səviyyəsinə endirə bilmərik. Fundamental strateji sualsa budur: necə baş verməsindən, nə dərəcədə legitim görünməsindən asılı olmayaraq, yol verməyəcəyimiz nəsnələr nələrdir?"

Buna da bax:​ Trump 100 günə bunları gerçəkləşdirməyə söz verib

Müəllifin "Məsələn, Vladimir Putinin 2017-ci ildə Latviyaya hücum edə biləcəyinimi nəzərdə tutursunuz?"

"Bəli. İkinci sualsa budur: biz nəyə nail olmağa çalışırıq? Biz Asiya və Avropanın, yaxud da Yaxın Şərqin yalnız bir düşmən dövlətin dominantlığı altına düşməsini istəmirik. Ancaq bundan yan keçmək bizim məqsədimizdirsə, onda biz "düşmənçilik" anlayışını müəyyənləşdirməliyik. Avropa, Yaxın Şərq və Asiyaya dair düşüncəmə görə, onlardan hər hansı birinin kiminsə dominantlığı altına düşməsi bizim marağımızda deyil", – deyə Kissinger cavab verib.

Kissinger-in sözlərinə görə, II Dünya müharibəsindən sonra ilk dəfədir ki, Amerikanın dünyayla münasibətləri tam müəyyənləşməyib.

Buna da bax:

Ağ Evin indiki və gələcək sahibi görüşdü, suallardan imtina etdilər
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG