Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 06:53

Vitaly Mansky indi də Krımın işğalından film çəkib


Vitaly Mansky-nin "Doğmalar" filmindən bir kadr.
Vitaly Mansky-nin "Doğmalar" filmindən bir kadr.

Şimali Koreya haqda qalmaqallı “Günəşin altında” adlı filmi çəkmiş rus rejissoru Vitaly Mansky müsahibəsində yeni film çəkdiyi haqda məlumat verib. Həmişə kəskin və ağrılı mövzulara toxunan sənədli film ustası bu dəfə öz doğmaları haqda film çəkib. Ancaq “Doğmalar” adlanan sənədli film Urkaynadakı faciəvi hadisələr zamanı Mansky-nin barrikadaların müxtəlif tərəflərində qalmış yaxınları haqdadır. Filmin çəkilişləri üçün rejissor Krımda, Donbasda və Lvovda olub.

Buna da bax: Vitaly Mansky: Rusiya sovet keçmişinə qayıdır

Rus-ukrayna rejissoru Vitaly Mansky.
Rus-ukrayna rejissoru Vitaly Mansky.

Film Almaniyanın, Latviyanın, Estoniyanın və Ukraynanın maliyyə dəstəyi ilə çəkilib. Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi isə filmi maliyyələşdirməkdən imtina edib. Rejissorun sözlərinə görə film Rusiyada 2016-cı ilin dekabr ayında “Artdocfest” festivalında göstəriləcək.

Rejissor filmin yaranma səbəbini Ukraynadakı müharibə zamanı doğmalarının başlarına gələnləri işıqlandırmaq olduğunu deyib. O filmin kuliminasiya nöqtəsinin Rusiya Federasiya Şurasının prezidentə başqa ölkəyə ordu yeritməklə bağlı səsvermə keçirməsi olduğunu deyir. “Məhz onda biz qoşun yeridiləcək ölkənin Ukrayna olduğunu və Krımın anneksiyasından söhbət getdiyini anladıq” – deyə rejissor bildirib.

Buna da bax: Şimali Koreyadan bəhs edən filmin Rusiyada göstərilməsinə maneələr yaradılır

Özü də Ukraynalı olan rejissor müharibə zamanı Ukraynada baş verən və rus mətbuatına düşməyən çoxlu hadisələrin işıqlandırılmasına çalışdığını deyir.

Vitaly Mansky-nin "Doğmalar" filminin treyleri.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG