Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:47

Vitaly Mansky: Rusiya sovet keçmişinə qayıdır


Rus sənədli filmlər rejissoru Vitaly Mansky
Rus sənədli filmlər rejissoru Vitaly Mansky

-

Rus rejissoru Vitaly Mansky-nin 8 yaşlı Şimali Koreyalı qız haqda çəkdiyi "Günəş şüaları altında" filmini bir neçə Moskva kinoteatrı göstərməkdən imtina edib.

Rejissor BBC-yə müsahibəsində KXDR haqda olan filmin Rusiyada göstərilməsinə niyə maneələr yaradılmasından və telekanalların niyə filmlə maraqlanmamasından danışıb.

Xatırladaq ki, film Pxenyanda yaşayan 8 yaşlı Sin-min adlı qızın təntənəli şəkildə Uşaq təşkilatına daxil olmasına hazırlaşmasından bəhs edir.

Filmin ssenarisini Şimali Koreyalı kinemotoqrafları yazsa da, hökümət tərəfindən ciddi senzuradan keçsə də rejissor gizlincə Şimali Koreyadakı əsl həyatı ifşa edən başqa materiallar da çəkib və onları filmə əlavə edib.

- Rusiyada kinoteatrların filminizi göstərməkdən imtina etməsi xəbərini necə qarşılanıdız?

Vitaly Mansky-nin "Günəş şüaları altında" filminin posteri.
Vitaly Mansky-nin "Günəş şüaları altında" filminin posteri.

- Əvvəldən filmin Rusiyada prokatı elə də geniş deyil və Rusiyanın mədəniyyət mərkəzləriylə filmlə bağlı razılığımız da elə ciddi deyil, simvolik xarakter daşıyır, bütün məsələ də elə bu simvolizmdədir. Film artıq çox yerdə göstərilib, hələ bir piratlar tərəfindən də oğurlanıb və rus tamaşaçıları üçün artıq əlçatandır. Ancaq hökümətimizin Şimali Koreyalı yoldaşlarının istəyilə ilə hərək etməsi simtomatikdir və hətta ağrılıdır.

Buna da bax: Gələn ildən Rusiyada kinolara senzura qoyulacaq?

- Sizcə bu filmin Rusiyada uğurlu olmaq şansı var yoxsa dar bir çevrədə göstərilməklə məhdudlaşacaq?

- Bu film Cənubi Koreyada 150 kinoteatrda göstərilib, Almaniyada 35-40, Polşada hardasa 25, Çexiyada 22 kinoteatrda göstərilib. Rusiyada isə güc-bəla ilə 20 kinotatrda göstərə bilmişik. Əlbəttə bu o filmin layiq olduğundan dar çərçivədə yayılması deməkdir.

Tam əminəm ki, bu film Rusiyada çox-çox böyük çevrələrdə yayıla bilərdi. Aydındır ki, üç il bundan öncədə Ukrayna hadisələri və onların nəticələrinin baş verməsinə qədər hamı bu filmin arxasınca qaçardı və biz harda ürəyimiz istəsə onu göstərə bilərdik.

Ancaq bu gün rus kanallarından bizə heç bir təklif gəlməyib. 145 milyonluq ölkədə cəmi 20 kinoteatrın filmimi göstərməyə razı olması isə, klub prokatı səviyyəsidir. Əlbəttə bütün bunlar Rusiyada baş verənləri daha çılpaq şəkildə gözlər önünə sərir.

- Film artıq dünyanın çox ölkəsində göstərilib. Bəs Rusiyadan kənarda necə qarşılanıb?

- Film dünya üzrə geniş yayılıb, artıq ABŞ, Kanada, Cənubi Koreya, Almaniya, Polşada filmin prokatı uğurla baş tutub, hal-hazırda isə Yaponiya və Latviyada göstərilir. O hər yerdə kifayət qədər uğurla göstərilib. Bəzi ölkələrdə filimi televizyada göstəriblər, indi Netflix şəbəkəsiylə göstərilir.

Ancaq fikrimcə bu film Rusiya üçün daha önəmli və daha dəyərlidir, çünki dünyanın başqa ölkələrindnən fərqli olaraq burda "Günəş şüaları altında" filmi xüsusi aktual səslənir.

Axı heç kimə sirr deyil ki, Rusiyada da bənzər prosses gedir, ölkə bir növ geriyə, sovet keçmişinə qayıdır, ora isə Şimali Koreyaya çox bənzəyirdi.

Düzdür əminəm ki, Rusiya heç vaxt Şimali Koreya olmayacaq, ancaq indi gedən çevrilmə Şimali Koreya simptomları ilə müşayət olunur və çox narahatvericidir.

Buna da bax: Şimali Koreyadan bəhs edən filmin Rusiyada göstərilməsinə maneələr yaradılır

- Sizi günahlandıranlar var ki, filmin yenidən montajından və göstərilməsindən sonra, filmdəki qəhrəmanların, Şimlai Koreyada sizə yardımçı olmuş həmkarlarınız-kinematoqrafların həyatını təhlükəyə atımısınız. KXDR hökümət sizə görə onlardan qisas ala bilər. Bəs ordakı adamların sonrakı taleyindən xəbəriniz varmı?

Rejissor Vitaly Mansky Şimali Koreyada.
Rejissor Vitaly Mansky Şimali Koreyada.

- Qanun-qayda olmayan ölkədə insanların başına hər iş gələ bilər, fərqi yoxdur o filmdə oynayıb, filmin yaranmasında iştirak edib ya yox. Ancaq bu dəqiqə filmdə çəkilən qəhramanlar da, filmin çəkilişində yardımçı olanlar da sağ-salamatdır. Daha bilmirəm öz dünyalarında nə qədər xoşbəxtdilər.

Filmin qəhramanlarını Şimali Koreya təbliğatında fəal istifadə ediblər, baş qəhraman balaca qız isə tam xoşbəxt Şimali Koreya uşaqlığının simvoluna çevrilib. Hətta ona "Koreya Əmək Partiyası"nın qurultayının qapanışında lider çiçək vermək şərəfini tanıyıblar. Beləliklə o çoxmilyonluq Şimali Koreya xalqının ən məşhur uşağına çevrilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG