Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:57

“Mən müsəlmanam, qadınam... Trumpa səs verdim”


Donald Trump və Barack Obama
Donald Trump və Barack Obama

Asra Nomani Wall Street Journal qəzetinin keçmiş müxbiri və Müsəlman İslahatı Hərəkatının həmtəsisçisidir. O, Washington Post qəzetindəki yazısında seçkidə niyə Trumpa səs verməsinin səbəblərini açıqlayır:

“Mənim 51 yaşım var, müsəlmanam, mühacirəm və... Donald Trumpa səs vermişəm”.

“Trumpın tərəfdarlarını fanatik, irqçi və yaşovinist kimi təsvir edirlər, ancaq mən irqçi və şovinist deyiləm”.

“2008-ci ildə Qərbi Virciniya ştatından Virciniyaya köçmüşəm, ancaq ona görə ki, bu ştat Barack Obamanın ilk afro-amerikalı ABŞ prezidenti seçilməsinə kömək edib. Ancaq son bir ildə mən seçkidə Respublikaçı namizəd Donald Trumpa üstünlük verməyə meyilli idim. Və seçki günü Trumpa səs verdim. “

“Hərçənd mən Demokrat Partiyasının abortlara, eyni cinsdən olanların nikahına, iqlim dəyişikliyinə münasibətini dəstəkləyirəm, ancaq mən uşağını tək böyüdən ana kimi ObamaCare sağlamlıq sığortasından yararlana bilmirəm.Obama ipoteka kreditini modfikasiya edib, ancaq mən bu ipotekanı da götürə bilmirəm.”

“Mən çərşənbə axşamı bir ştatdan o birinə maşınla gedəndə Amerikanın kənd yerlərini, sıravi amerikalıarı gördüm.Obama hökumətinin 8 illik hakimiyyətindən sonra onların da mənim kimi gəlirləri xərclərinə güclə çatır.”

“Və nəhayət, dünyada müsəlman ekstremizmini şəxsən bilən liberal müsəlman kimi prezident Barack Obamanın və Demokrat partiyasının İslam Dövləti Təşkilatının adında “İslam” kəlməsindən yapışmasının əleyhinəyəm.”

“Oktyabrın ortalarında Hillary Clintonun WikiLeaks-in açıqladığıe-mailindəClinton öz köməkçisi John Podestaya yazırdı ki,“Biz İslam Dövləti təşkilatına maliyyə və loqistik dəstək verən Qətər və Səudiyyə Ərəbistanına təzyiq etməliyik.”

“Həmin Qətərdən və Səudiyyə Ərəbistanından Clinton Fonduna çoxmilyonluq ianələr açıqlananda isə bu, mənim Clintona olan-qalan dəstəyimi öldürdü.”

“Mən Trumpın Meksika ilə sərhəddə divar tikməyini, müsəlmanların gəlişini qadağan etməsini bəyənmirəm, ancaq mən Amerikaya inanıram, Trumpı və tərəfdarların cin-şeytan kimi göstərən siyasi şişirtmələrə inanmıram”.

Məni ən çox narahat edən Qətər, Səudiyyə Ərəbistanı da daxil, teokratik müsəlman diktatorluqların ABŞ-da Hillary Clintona nüfuzudur. Bu rejimlərin tərəqqipərvər cəmiyyət yolunda bir parlaq nümunəsi yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG