Rusiya Aralıq dənizinin şərqində gəmisinə «təhlükəli» dərəcədə yaxın olan bir holland sualtı qayığını geri üzməyə məcbur edib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü general Igor Konashenkov-un dediyinə görə, rus hərbi dəniz qüvvələri sualtı qayığı «Kuznetsov» adlı təyyarədaşıyan gəminin 20 kilometrliyində yaxalayıblar. Rusiyanın hərbi dəniz qüvvələri qayığı bir saatdan artıq-- ərazini tərk etməyə məcbur olana qədər izləyiblər. «Belə təhlükəli manevrlərə kobudcasına cəhd etmək—Rusiya gəmilərinə bu qədər yaxınlaşmaq təhlükəli fəsadlara səbəb ola bilərdi», - I.Konashenkov belə deyib.
NATO rəsmilərindən biri deyib ki, onlar Rusiya donanmasını «tarazlı və məsuliyyətli» şəkildə müşahidə edirlər. Monitorinqə səbəb NATO-nun Rusiyanın Suriyada hərbi fəaliyyətini genişləndirəcəyindən ehtiyatlanmasıdır. Hollandiya Müdafiə Nazirliyi məsələyə münasibət bildirmək istəməyib.