Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 10:54

Zakir Qaralov türkiyə səfiri ilə görüşüb


Zakir Qaralov

Türkiyədə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycan hüquq-mühafizə orqanları aktiv fəaliyyət göstərir.

Baş prokuror Zakir Qaralov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Erkan Özoralla noyabrın 8-i görüşündə belə deyib.

Bu haqda prokurorluğun mətbuat xidməti xəbər verir.

Buna da bax:​ Erdoğanla Rövnəq Abdullayev nədən danışıb?- Həbs məsələsi...

Xəbərdə Zakir Qaralovun mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə etdiyi bildirilir.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirən səfir E. Özoral ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Türkiyə hökumətinin üzvləri hesab edirlər ki, bu ölkədə iyulun 15-də baş verən çevriliş cəhdini hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Gülen himayə edib. Fetullah Gülenin özü bu iddiaları yalanlayıb.

Buna da bax: Genco Erkal: Erdoğanın elədiyi də sivil dövlət çevrilişidir

Həmin hadisələrdən sonra, F.Gülenin tərəfdarlarının yaratdığı “Hizmet” təşkilatı ilə Azərbaycanda bağlantılarda günahlandırılan bir neçə şəxsin saxlandığı bildirilib. Onlar da müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları olub. Həmin şəxslər də ittihamları qəbul etmir. AXCP hesab edir ki, hakimiyyətin bunda məqsədi rəqiblərini sıradan çıxarmaq və Fetullah Gülenlə gerçəkdə yaxın olan şəxsləri himayə etməkdir.

Buna da bax:

İstanbulda mitinq. "Fetoçular asılsın!"
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Multimedia

XS
SM
MD
LG