Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:39

Çingiz xanın qadınlar, dostluq və müharibə haqda nəsihətləri ortaya çıxıb


Monqolustanda Çingiz xanın 30 metrlik heykəli.
Monqolustanda Çingiz xanın 30 metrlik heykəli.

-

Monqol imperiyasının qurucusu Çingiz xan dünyanın ən qəddar hökümdarlarından biri sayılır. Deyilənə görə bəzən onun ordusu bir saata yarım milyon insanı öldürə bilirmiş. Ancaq onun qəddarlğı haqda yayılan bütün əfsanələrə baxmayaraq, gerçək tarixi mənbələr göstərir ki, ilk dəfə işgəncəni qadağan edən də Çingiz xan olub. Məqsəd bu imiş ki, düşmən əzab çəkə-çəkə ölməsin, tezcə canını tapşırsın.

İndi Çingiz xanın ölümündən 900 il sonra onun nə vaxtsa yazmış olduğu nəsihətlərindən ibarət məntnlər ortaya çıxıb. Qeyd edilən əlyazmalar Rusiyanın Altay Respublikasının Anoxin adına Milli Muzeyində saxlanılır. “Oyun tulxuur” (Ağlın açarı) adlanan əlyazmalar qədim monqol dilindədir və uşaqların, gənclərin həmçinin döyüşçülərin tərbiyə edilməsi üçün nəzərdə tutulub. Mətnləri filoloji və linqvistik tərcümə etməyə çalışan Almaniyanın Frankfurt universitetinin tələbəsi Herlen Bold və həmin Universitetin rusmənşəlli müəllimi İ. Nevskaya mətnin bir hissəsinin Çingiz Xan, bir hissəsinin isə onun davamçıları tərəfindən deyildiyi və üzü minlərcə dəfə köçürülərək yayıldığı müəyyən edib.

Buna da bax: Çingiz xanın sirri

Çin mənbələrinə görə Çingiz Xanın portreti.
Çin mənbələrinə görə Çingiz Xanın portreti.

Onların sözlərinə görə mətnlər bambuk ağacı üzərinə fırça ilə yazılıb və XIII-XIV əsrlərə Çingiz Xanın yaşadığı dövrə aiddir. Əlyazma dörd səhifədən ibarətdir (əlyazmanın beşinci səhifəsi itib) və klassik monqol əlifbası ilə yazılıb. Çingiz Xana aid olduğu deyilən nəsihətlərdən bəzilərini təqdim edirik:

- Etibarsız adama sirrini söyləmə.

- Pis adamın sözünə uyma.

- Qadının sözünə çox da ciddi yanaşma.

- Köləni oğluna nümunə göstərmə.

- Paxıl adamla məsləhətləşmə.

- Çoxlu adamın müəyyən etdiyi qaydanı pozma.

- Ehtirasla günah sayılan (başqa insanların yaxşı baxmadığı) işə girmə.

- Xeyir əməlin önünü kəsənlərə boyun əymə.

- Yaxın dostuna unutmayacağı pis söz demə.

- Mənim qalibiyyətim azdır. Əsas başqalarının devrilməsidir.

- Yüz illərlə gələn ənənəmizi pozsaq, axırımız pis olar.

- Monastırlar xarakteri yumuşaldır, ancaq döyüşçü ruhu dünyanı idarə edir.

- Mən tanrının qamçısıyam.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG