Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 22:44

Şimal rayonlarında yağış gözlənilir


Yağış

Noyabrın 5-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ancaq yarımadanın bəzi yerlərinə çiskinli yağış yağacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 8-10, gündüz 12-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Ölkənin cənub və qərbində də yağıntı gözlənilmir. Axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimal edilir. Gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG