Noyabr ayının 5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının «biznes-klass» vaqonunda gediş qiyməti aşağı salınacaq.
Bu barədə AZƏRTAC-a «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Bakı-Sumqayıt (Sumqayıt-Bakı) istiqamətində «biznes-klass» vaqonlarında gedişhaqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək.
Ekspertlər qeyd edirlər ki, son aylar vətəndaşlar belə vaqonların imkanlarından daha az istifadə edirdilər.