Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 05:59

Dəm qazının yenə can aldığı deyilir


Qaz

Bakıda dəm qazının daha bir nəfərin həyatına son qoyduğu bildirilir.

APA bununla bağlı Qaradağ Rayon Prokurorluğuna istinadən xəbər yayıb.

Hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində kirayədə yaşayan, Neftçala sakini, 20 yaşlı Elvin Rəsulzadənin hamamda çimərkən dəm qazından boğularaq öldüyü bildirilir.

E.Rəsulzadə Bakıda özəl şirkətlərdən birində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Oktyabrın ortalarından havaların soyuması ilə dəm qazından ölüm və zəhərlənmələr barədə xəbərlər mediada sıx-sıx yer almağa başlayıb. Ekspertlər bunu təhlükəsizlik qaydasına əməl edilməməsi və qazın tərkibindəki zərərli maddələrlə izah edirlər. Ancaq «Azəriqaz» İstehsalat Birliyinin rəsmiləri qazın tərkibinə başqa maddələrin vurulmasını təkzib edirlər.

Multimedia

XS
SM
MD
LG