Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:57

ABŞ-da seçki yaxınlaşdıqca, dollar ucuzlaşır


Dollar

Bu gün, noyabrın 3-də Asiya birjalarında ABŞ dollarının dəyəri son 3 həftədə ən aşağı həddə düşüb. Noyabrın 2-si dolların dünya indeksi 0.74% azalıb. Bu da son 4 ayda ən güclü enişdir.

ABŞ valyutasının ucuzlaşmasına səbəb prezidentliyə namizədlər arasında rəqabətin istiqamətinin dəyişməsidir. Dünənə qədər investorlar demokratların namizədi Hillary Clinton-un qələbəsinə, beləliklə Obama-nın siyasətinin davam edəcəyinə əmin idilər. Son sorğular respublikaçı Donald Trump-ın irəli keçdiyini göstərib.

Bazarda yaranan təşviş ABŞ valyutasının məzənnəsini salmaqla yanaşı, qızılın dəyərini artırıb. Narahat investorlar pullarını daha etibarlı olan qızıla qoyduqlarından bu metalın qiyməti 0.8% artıb. İndi dünya bazarlarında bir unsiya qızılın dəyəri 1297 dollardır.

XS
SM
MD
LG