Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 11:31

“Amnesty İnternational” təşkilatının Moskva ofisi möhürlənib


Foto arxiv

“Amnesty İnternational” hüquq-müdafiə təşkilatının Moskva ofisinin qapısı möhürlənib.

Ofisin əməkdaşları səhər işə gələndə qapını bağlı görüblər.

Ofisin rəhbəri Sergey Nikitin icarəyə görə şəhər hakimiyyətinə borcları olmadıqlarını deyir:

“Burda çoxlu səbəblər ola bilər. Sırf texniki səbəb, hansı ki, buna ümid eləyirik. Amma söhbətin hüquq-müdafiə təşkilatından getməsini də istisna eləmirik.Ölkədə hansı vəziyyət hökm sürür, hamıya bəllidir”,deyə o bildirib.

Son illər Rusiyada bir sıra beynəlxalq təşkilatlar yeni qanun əsasında xarici agentlər elan olunduğundan fəaliyyətlərini dayandırmalı olublar.

“Amnesty İnternational” təşkilatının ekspertləri də dəfələrlə Moskvanı insan haqlarını pozmaqda tənqid ediblər.

XS
SM
MD
LG