Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 13:42

İraq Türkiyə ilə müharibəyə hazırdır


Haidar al-Abadi

İraqın baş naziri Haidar al-Abadi Türkiyəyə xəbərdarlıq edib, Ankaranı Bağdadla üzləşməməyə çağırıb. Televiziya ilə çıxışında Haidar al-Abadi deyib ki, onlar Türkiyə ilə müharibə etmək istəmirlər, amma gərəkərsə, İraq silahlı qüvvələri bu müharibəyə hazırdırlar.

Dünən, noyabrın 1-də Türkiyə İraqla sərhədinə, yəni Mosul yaxınlığına əlavə hərbi qüvvə, tanklar və artilleriya göndərib. Türkiyə rəsmiləri bu qüvvənin lazım olsa, İraq ərazisinə daxil olacağını deyiblər.

İraqın baş naziri Haidar al-Abadi söyləyib ki, onlar Mosul əməliyyatlarına qoşulmağı Türkiyəyə qadağan ediblər və əgər Türkiyə Bağdadın tələbinə əməl etməsə, türk silahlı qüvvələri ilə düşmən kimi davranacaqlar.

Türkiyənin müdafiə naziri Fikri Işık deyib ki, onların sərhədə yerləşdirilən qüvvənin Türkiyə tərəfdə saxlanması ilə bağlı öhdəliyi yoxdur. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu keçən həftə demişdi ki, təhlükəsizliyinə xələl gələ biləcəyini hiss etsə, Türkiyə İraqda əməliyyata başlayacaq və bütün resurslarından istifadə edəcək.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG