Noyabrın 2-si Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.
Noyabrın 2-də Azərbaycanın rayonlarına da yağış yağacağı bildirilir. Yağıntının dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimal olunur. Gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.