Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:17

'Rusiya vətəndaş müharibəsi oduna benzin tökür'


Michael Carpenter

«Hələbdə vəziyyət faciəvidir. Orada humanitar böhran yaşanır».

APA-nın xəbərinə görə, bunu Bakıda ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Michael Carpenter bəyan edib.

«Düşünürük ki, Rusiyanın hərbi müdaxiləsi vətəndaş müharibəsi oduna benzin tökməkdir. Biz rusiyalı həmkarlarımızla bu məsələni həll etmək istiqamətində işləməyə çalışırıq. Regionda sülh və təhlükəsizliyin təminatı üçün işləməyə davam edəcəyik», - deyə o bildirib.

M.Carpenter oktyabrın 31-dən Bakıda bir sıra rəsmi görüşlərə başlayıb. O, həm müdafiə naziri Zakir Həsənov, həm də xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Multimedia

XS
SM
MD
LG